İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt AVRO-2024-ün finalına yüksəlmələri barədə danışıb.
Presssport.az xəbər verir ki, turnirin yarımfinalında Niderland millisinə 2:1 hesabı ilə qalib gələn ingilislərin çalışdırıcısı bu qələbəyə layiq olduqlarını söyləyib:
“Çox yaxşı oynadıq. Baxmayaraq ki, çətin bir matç keçirdik və daim taktikamızı dəyişməli olduq. Xüsusən də müdafiədə. Bütün heyət matça hazır idi. Futbolçularımız çox yaxşı qərarlar verdi".
Sautqeytin fikrincə, görüşün sonu komanda üçün xüsusi oldu: “Bu, ümumi işimizin mükafatıdı. Rəqib təzyiq etməyə başladığı vaxtda Harri Keyn səhnəyə çıxdı. Olli Uotkins isə sürəti hesabına rəqiblərini arxada qoya bilir. Bundan yaxşı istifadə etdik. Onun adına sevinirəm. Bizi böyük final gözləyir”.
Xatırladaq ki, İngiltərə finalda İspaniya ilə qarşılaşacaq. Həmin matç iyulun 14-də Berlindəki Olimpiya Stadionunda keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC