"Kəpəz"də növbəti qapıçı gedişi oldu, yenisi gəldi: "Onun ÇL-də oyun təcrübəsi var"

“Kəpəz” yeni qapıçı transfer edib.

Bu haqda Presssport.az-a məlumat verən komandanın baş məşqçisi Adil Şükürov “Zirə”dən Məmməd Hüseynovu cəlb etdiklərini deyib: “Bu, icarə deyil, birdəfəlik götürmüşük. Məmmədi yaxşı tanıyıram. Vaxtilə “Qarabağ”ın U-19-un heyətində Çempionlar Liqasında çıxış edib, U-17 yığmamızın əsas qapıçısı olub. Təcrübəsi var. Ola bilər ki, son vaxtlar Premyer Liqa klublarında əsas heyətdə olmayıb. Amma Premyer Liqadan bizə gəlib”.

Təcrübəli mütəxəssis onu da diqqətimizə çatdırıb ki, uzun müddətdi komandada olan qapıçı Kamran İbrahimovla yollar ayrılıb: “Belə qərar verdik ki, qapıçı olaraq dəyişək, yenisini götürək. Buna görə Kamranla vidalaşdıq, müqaviləsini uzatmadıq”.

Xatırladaq ki, 25 yaşlı İbrahimov “Kəpəz”ə Premyer Liqaya qayıtdığı son 2 mövsümdə onun üzvü və əsasən ehtiyat qapıçı olub. Kamranın həmyaşıdı Məmməd isə keçən mövsüm "Zirə"ylə həm Premyer Liqamızın, həm də Azərbaycan Kubokunun gümüş medal qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC