“Neftçi” Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışını davam etdirir.
Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 8-də qardaş ölkəyə yollanan komanda üzvləri ertəsi gündə etibarən baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında gündə 2 dəfə məşqə çıxır. Səhər hazırlığında fiziki, axşam məşqində isə əsasən toplu çalışmalar yerinə yetirilir.
Qeyd edək ki, toplanış çərçivəsində 4 yoxlama oyunu keçirməyi planlaşdıran “ağ-qaralar”ın ilk sınaq matçı iyulun 13-də Türkiyə Super Liqası təmsilçisi “Alanyaspor”a qarşı olacaq. Növbəti yoxlama görüşü isə iyulun 17-də keçiriləcək. Rəqib digər Super Liqa klubu “Sivasspor” olacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC