Bu gün "Zirə" avrokuboklarda 7-ci matça çıxacaq.
Presssport.az xəbər verir ki, qəsəbə təmsilçisi Avropada debüt etdiyi turnirə qayıdır.
Bu, Avropa Liqasıdı ki, "qartallar" orda 2017/18 mövsümündə “siftə”sində mərhələ adlayıb. Belə ki, həmin vaxt Ayxan Abbasovun baş məşqçisi olduğu komanda I təsnifat mərhələsində Lüksemburqun "Differdanj"ı hər 2 matçda məğlub edib - evdə 2:0, səfərdə 2:1. Növbəti mərhələdə rəqib olan Rumıniya “Astra”sını isə keçmək mümkün olmayıb - səfərdə 1:3, evdə 0:0.
Zirəlilrin qitəmiqyaslı turnirə dönüşü keçən mövsüm hazırkı baş məşqçisi Rəşad Sadıqovla olub. Onda Konfrans Liqasında çıxış edən komanda I təsnifat mərhələsində güclü rəqibə - Təl-Əviv “Makkabi”sinə düşüb və mübarizəni dayandıırb - evdə 0:3, səfərdə 0:0.
Göründüyü kimi, "Zirə" Avropada son qələbəsini də 7 il əvvəl qazanıb, son qolunu da onda vurub.
Xatırladaq ki, Rəşad Sadıqovun yetimrələri bu axşam Avropa Liqasının I tənifat mərhələsində Moldovanın "Şerif" klubunun qonağı olacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC