Bəhlul Mustafazadə: "Məqsədimiz bu mərhələni keçməkdi"

“Komandamızın daxilində əla əhval-ruhiyyə var”.

Presssport.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə klubun mətbuat xidmətinə açıqlamasında hazırda Avstriyada davam edən təlim-məşq toplanışı ilə bağlı deyib.

Müdafiəçi hazırlıq prosesini dəyərləndirib:

“Avstriyada təşkil olunan təlim-məşq toplanışı plan üzrə keçir. Çox yaxşı şəkildə davam edən hazırlıq prosesinin ilk mərhələsini başa vurmuşuq. Hər kəs səylə hazırlıq keçir, məşqlərdə maksimumunu ortaya qoymağa çalışır”.

Bəhlul Almaniyanın “Kayzerslautern” (1:3) və Çexiyanın “Viktoriya” (2:1) klubu ilə yoxlama oyunları haqqında fikirlərini də bildirərək, hər 2 matçın onlar üçün yaxşı sınaq olduğunu vurğulayıb: "Toplanış çərçivəsindəki ilk matçlar idi. Hər oyunçumuz 90 dəqiqə meydanda olmaq şansı qazandı. Bu, öz fiziki hazırlığımızı görmək baxımından faydalı oldu”.

O, Çempionlar Liqasının I təsnifat mərhələsinin “Hamrun" – “Linkoln” oyununa da toxunub:

“Əlbəttə, Çempionlar Liqasındakı mümkün rəqiblərimiz arasında ilk oyunda baş verənlərdən xəbərimiz var. “Linkoln” bizə tanış rəqibdir. Cavab oyunu keçirildikdən və rəqibimiz dəqiqləşdikdən sonra həmin komanda ilə bağlı təhlillərə başlayacağıq. Məqsədimiz bu mərhələni keçməkdir. Ölkəmizi və klubumuzu ən yaxşı şəkildə təmsil etmək, azarkeşlərimizi həmişəki kimi sevindirmək üçün əlimizdən gələni ortaya qoyacağıq”.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC