“Benzianın ümumi sağlıq durumu hazırda yaxşıdı. Amma bu gün məşq etməyəcək”.
Bu fikirləri Presssport.az-a açıqlamasında “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev deyib.
Məlumdu ki, “Qarabağ”ın fransalı yarımmüdafiəçisi Yassin Benzia Premyer Liqanın son turunda “Kəpəz”lə Qəbələdəki matçda rəqib qapıçı İqor Rodriges təfəfindən başından aldığı güclü zərbədən sonra oyunu davam etdirə bilməyib. Hacıyevin sözlərinə görə, 30 yaşlı futbolçunun vəziyyəti yaxşılaşmağa doğru getsə də, hələ ki nəinki oynaması, məşq etməsi nəzərdə tutulmayıb: “Bu da sırf gözündə tikiş və gematoma olmasıyla bağlıdı. Onda beyin silkələnməsi olmayıb. Sadəcə, gözündə şişkinlik və tikiş var. Buna görə hələ məşq edə bilmir. Yaranın yeri sağalmalı, gözündəki şiş çəkilməlidi ki, məşqə başlasın. İndiki vəziyyətdə ”Sabah"la ilk kubok matçını buraxacağını deyə bilərik".
Həmin görüşdə zədələnərək əvəzlənn albaniyalı hücumçu Redon Cicanın isə artıq bu gün komandayla məşq edəcəyi gözlənilir. Hacıyevin sözlərinə görə, onda ciddi problem görünmür və bu axşam məşqə çıxanda vəziyyəti tam dəqiq bilinəcək: “Amma dünənki müayinə onu göstərdi ki, Cicada hər şey normaldı, qaydasındadı”.
Xatırladaq ki, “Qarabağ” Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Sabah"la ilk oyununu sabah səfərdə keçirəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC