"Şerif"in baş məşqçisi təslim olmayacaqlarını açıqladı: "Volkovun ustalığı öz sözünü dedi, ona əhsən"

“Statistikaya baxsaq, rəqibin cəmi bir zərbəsi oldu, o da qolla yekunlaşdı. Bu cür oyunu uduzmaq məyusedicidi. Təbii ki, hava isti idi. Amma hər iki komanda eyni şəraitdə oynayırdı”. 

Presssport.az xəbər verir ki, bu sözləri “Şerif”in baş məşqçisi Yuri Qura Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda “Zirə”yə 0:1 hesabı ilə uduzduqları görüşdən sonra deyib. 

Ukraynalı mütəxəssisin fikrincə, rəqib qapısını toxunulmaz saxlamalı, onlar isə qol vurmalı idilər: “Hücumlar qurmağa çalışdıq. Fərqlənmək üçün şanslarımız da var idi. Lakin onlardan faydalana bilmədik". 

Məğlubiyyətə baxmayaraq, Qura təslim olmayacaqlarını söyləyib: “Bu cür oyunları uduzmaq çox ağırdır. Lakin təslim olmayacağıq, əllərimizi yanımıza salmayacağıq. Rəqib fərqlənibsə, deməli, orda müdafiəçilər səhvə yol verib. Oyun praktikasının azlığını qeyd etməyəcəm. Çünki bu, bəhanə kimi görünə bilər. Bəlkə də Volkovun ustalığı öz sözünü dedi. Həmin epizodda fərqləndiyi üçün ona əhsən”.

Xatırladaq ki, "Zirə" gürcü hücumçusu Davit Volkovun 88-ci vurduğu qolla qələbəni qoparıb.  
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC