Rəşad Sadıqov avrokuboklarda baş məşqçi kimi ilk qələbəsini qazanıb.
Presssport.az xəbər verir ki, 42 yaşlı mütəxəssis buna çalışdırdığı “Zirə”ylə qitəmiqyaslı turnirdə 3-cü matçında nail olub.
Belə ki, Rəşad Sadıqovun komandası Avropa Liqasının I təsnifat mərhələsində "Şerif"i Moldovada 1:0 hesabıyla məğlub edib. “Qartallar” hazırkı baş məşqçisiylə bunadək Konfrans Liqasında çıxış edərək 2 il əvvəl I təsnifat mərhələsində Təl-Əviv “Makkabi”sinə yenilmişdi - evdə 0:3. səfərdə 0:0.
Sadıqovun futbolçu kimi avrokuboklarda son qələbəsi də məhz Avroliqada olmuşdu. Bu, karyerasını bitirdiyi, kapitanı olduğu "Qarabağ"la 2019-ci ilin oktyabrın 3-də qrup mərhələsində Lüksemburqda "Düdelanj"la matçda darmadağınla reallaşmışdı ki, Sadıqov həmin 4:1-də 90 dəqiqə meydanda olmuşdu.
Onu da bildirək ki, “Zirə”ylə avrokuboklarda debüt edən Ayxan Abbasov da baş məşqçi ilk qələbəsini burda qazanmışdı. Bu, 7 il əvvəl Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburq "Differdanj"ını Bakıda 2:0 hesabıyla məğlub etdiyi matçdı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC