"Araz-Naxçıvan" braziliyalı oyunçuyla müqavilə bağlayıb

Azərbaycanı futzal üzrə UEFA Çempionlar Liqasında təmsil edəcək “Araz-Naxçıvan” braziliyalı futzalçı ilə anlaşıb.

Presssport.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkə çempionu Alisson Damasceno Masiel (Kadinyo) ilə müqavilə bağlayıb.

Cinah oyunçusu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək. O, cari ilin yanvarından Qazaxıstanın “Jetisu” klubunda çıxış edib. Bu komandanın baş məşqçisi Azərbaycan millisinin və “Araz-Naxçıvan”ın keçmiş oyunçusu Biro Jadedir.

Kadinyo Braziliyada ESMAC və “Quarani” klublarında çıxış etdikdən sonra İspaniya təmsilçisi “Ribera Navarra”ya keçib. Burada 12 oyunda meydana çıxan və 1 qol vuran 29 yaşlı futzalçı 2022/2023 mövsümündə Fransa “Nantes Metropole”sinin uğurları üçün tər töküb.

Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində “Sparta Belfast” (Şimali İrlandiya), “Sillamae Silla” (Estoniya) və “Uddevalla” (İsveç) klubları ilə qarşılaşacaq. Oyunlar avqustun 20-dən 25-dək İsveçdə keçiriləcək.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC