Naxçıvanda velosiped yarışı keçirilib

Naxçıvan Muxtar Respublikasında 10 km məsafə üzrə velosiped yarışı keçirilib.

Presssport.az Muxtar Respublikanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvanın 100 illik yubileyi, həmçinin "Yaşıl dünya naminə həmrəylik ili" münasibətilə təşkil edilən turnirə müxtəlif qurumların əməkdaşları və 14 yaşdan yuxarı şəxslər olmaqla, 100-dən çox həvəskar velosipedçi qatılıb.

İştirakçılar Heydər Əliyev Muzeyinin önündən başlayaraq, marşrut üzrə Uzunoba Təlim-Məşq İdman Kompleksi ətrafındakı finiş xəttinədək olan məsafəni qət edib.

Yarışın qalibi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Cavid Qasımlı olub. Digər polis əməkdaşı Asiman Cabbarov 2-ci yeri tutub. Naxçıvan Müəllimlər İnstitutunun müəllimi Fərid Allahverdiyev isə 3-cü olub.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov ilk üç yerin sahiblərini diplomla təltif edib.

Onu da bildirək ki, yarış ekoloji təmiz nəqliyyat vasitəsi kimi velosipeddən istifadənin təbliği, əhalinin sağlam həyat tərzinə sövq edilməsi və ekosistemin qorunmasına töhfə verilməsi məqsədləri daşıyıb.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC