Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (EuroVolleyM 2026) təsnifat məshələsinə hazırlıqlara start verib.
Presssport.az xəbər verir ki, yığma komandanın baş məşqçisi Fərid Cəlalov təlim-məşq toplanışına 16 voleybolçu cəlb edib.
Məşqlər gündə 2 dəfə olmaqla GİN-nin Voleybol Mərkəzində təşkil olunur. Təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunlarının keçirilməsi də nəzərdə tutulub.
Onu da bildirək ki, millimiz təsnifat mərhələsinin ilk matçını avqustun 17-də səfərdə Avstriya komandasına qarşı keçirəcək. Voleybolçularımız bir həftə sonra, avqustun 24-də Bakıda Belçika yığmasını qəbul edəcək. Təsnifat mərhələsinin formatına uyğun olaraq növbəti iki qarşılaşma 2025-ci ilin avqustunda baş tutacaq.
Seçmə mərhələdə 21 yığma komanda 7 qrupda mübarizə aparacaq. Yekunda qrup qalibləri və 5 ən yaxşı qrup ikincisi olacaq kollektivlər Avropa çempionatında iştirak hüququ qazanacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC