Millimizin futbolçusu Ramil Şeydayev Türkiyənin "Kocaelispor" klubundan ayrılıb.
Presssport.az xəbər verir ki, bu barədə "Özgur Kocaeli" saytı məlumat yayıb.
Bildirilir ki ,28 yaşlı hücumçu "Topuk Yaylası"nda hazırlıq keçən I Liqa təmsilçisinin düşərgəsini tərk edib. Hətta Ramil "Kocaelispor"dan almalı olduğu 140 min avronun yarısından imtina edib. Bunun qarşılığında təcrübəli forvard azad agent statusu alıb.
Hücumçunun yaxın günlərdə "Neftçi" ilə müqavilə imzalayacağı da qeyd olunub.
Xatırladaq ki, Şeydayev keçən mövsümün qış fasiləsində "Kocaelispor"a keçib. Onun Azərbaycanda son klubu 2023-cü ilin yayında tərk etdiyi "Qarabağ" olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC