“Kəpəz”lə başa çatan müqaviləsini daha 1 illiyə uzadan belaruslu legoneri Yeqor Xvalko maddi planda aldığı daha yaxşı təkliflərdən üz çevirib.
Bu haqda Presssport.az-a danışan komandanın baş məşqçisi Adil Şükürov 27 yaşlı mərkəz müdafiəçisinin fədakarlığına toxunub: "Xvalko kapitan olaraq qaldı. Gəncə futbolunun ruhu sanki onda olduğuna görə qalmağı üstün tutdu. Digər legionerlərimizin hər biri daha çox məbləğlərə getdi. Amma Yeqor qaldı. Düzdür, ona da daha çox məbləğ təklif etdilər. Lakin Xvalko ən azından 30 min dollarından keçdi ki, burda qalsın. Sırf "Kəpəz"ə görə qaldı bu komandada ki, bu da bizi çox sevindirir. Belə kapitanımızın olması bizə mənəvi dəstəkdi".
Xatırladaq ki, Yeqor “Kəpəz”ə Premyer Liqaya qayıdandan onun heyətində olaraq, 3-cü mövsüm çıxış edəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC