"Turan Tovuz"un hədəfinin avrokuboklara oynamaq olacağını sayır: "Ayxan Abbasovda oyun üslubu tam fərqli idi, Kurban Berdıyevdə tam fərqlidi"

"Hazırkı “Turan Tovuz” yaxşı komandadı. Berdıyevin özüydə də söhbətləşmək imkanım oldu. Özü də dedi ki, bəzi çatışmazlıqları var. Amma elə bir səviyyədi ki, bizdən fərqqi olaraq əldə hazır komanda var. Keçənilki heyətin 70-80 faizini saxlayıblar".

Bu fikirləri Presssport.az-a açıqlamasında “Kəpəz”in baş məşqçisi Adil Şükürov deyib.

Kurban Berdıyevin baş məşqçisi olduğu “Turan Tovuz”u Qəbələdə yoxlama matçında iş başında görərək 0:4 hesabıyla uduzan gəncəlilərin çalışdırıcısı rəqibinə yüksək qiymət verib: “Bu komandayla ümumi məqsəd, hədəf ilk ”4-lüy"ə - avrokuboklara oynamaqdı. Buna olmaq gücünü onlarda görə bilərik. Keçən mövsüm olaraq dəst-xətt yuxarı-aşağı eynidi, eyni sistemdə oynayırlar. Sadəcə, yanaşma tam fərqlidi, tam fərqli oyun üslubu var. Ayxan Abbasovda tam fərqli idi, Kurban Berdıyevdə tam fərqlidi. Əvvəlki kimi tez qabağa getmək yox, top saxlayıb rəqibi özünə cəlb edib sonra hücumları qururlar. Maraqlı idi".

Şükürov təcrübəli türkmənistanlı həmkarı haqda da təəssüratlarını bölüşüb: “Adam dünyagörmüş, bir çox şeyləri təcrübədən keçirmiş biridi. Nə edəcəyini, onu nələr gözlədiyini biləndi. Qeyri-adi bir şeyi yoxdu”.

Xatırladaq ki, Ayxan Abbasovla mövsüm bitəndən sonra yollarını ayıran tovuzlular 71 yaşlı Berdıyevi baş məşqçi postuna gətirərək, onunla 2+1 illik müqavilə imzalayıb.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC