"Araz-Naxçıvan” təlim-məşq toplanışını Türkiyənin Ərzurum şəhərində davam etdirir.
Presssport.az xəbər verir ki, iyulun 10-dan etibarən qardaş ölkədə olan komandanın yeni transferlər Benny və Felipe Santos da “qırmızı-ağlar”ın düşərgəsindədi.
Baş məşqçi Elmar Baxşıyev hazırlıqlı bağlı fikirlərini klubun mətbuat xidmətnə: “Hazırlığımız plan üzrə davam edir. Nəzərdə tutduğumuz kimi, futbolçular gün ərzində iki məşq keçir. Səhər hazırlığı zamanı fiziki, axşam çalışmasında isə taktiki-texniki təmrinlər yerinə yetirilir. Təbii ki, hər kəs anlayır ki, çempionatda uğur qazanmaq üçün bu gün daha çox tər tökməliyik”.
Çalışdırıcı komandanın düşərgəsinə Türkiyədə qoşulan Benny və Felipe Santosla bağlı da danışıb: “Hər iki futbolçu digər oyunçular kimi fiziki yükləmələri alır. Durumları qənaətbəxşdi. Bir neçə gündən sonra kollektiv məşqlərə qoşulacaqlar. Onların komandamıza faydalı olacaqlarına inanırıq”.
Baxşıyev zədə və ya hansısa səbəbdən kənarda qalan futbolçunun olub-olmadığına da aydınlıq gətirdi: “Zədə üzündə Ramin Nəsirli bizə qoşula bilmədi. O, Bakıda keçirdiyimiz yoxlama matçında zədələndi. Buna görə də komanda ilə birgə Ərzuruma gəlmədi. Qalan futbolçular tam gücləri ilə hazırlıq keçir”.
Xatırladaq ki, hazırlıq çərçivəsində “Araz-Naxçıvan” iyulun 16-da “Alanyaspor”la yoxlama matçı keçiriəcək. Oyun Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Bundan sonra daha 2 matçda gücünü sınayacaq komanda iyulun 25-də Bakıya dönəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC