"Bu klubda olduğuma görə çox şadam. Komandanı çox bəyənirəm, burda keyfiyyət yüksəkdi. “Qarabağ” karyeram üçün mükəmməldi. Klubda çalışanlar çox gözəl iş görür. Ötən mövsümdəki uğurlu nəticələr bundan xəbər verir. Mən də bu komandanın bir parçası olmaq istəyirəm".
Presssport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın qapıçısı Fabiyan Buntiç klubunun rəsmi saytına açıqlamasında deyib.
Xorvatiyal qolkiperin sözlərinə görə, komanda yoldaşları əladı və bir neçə dil bildiyi üçün çoxu ilə ünsiyyət qurur: "Bu komanda ilə hər şey uğrunda mübarizə aparmaq olar. Hələ yeni mövsümün başlanğıcındayıq, qarşıdakı müddətdə inkişaf etməliyik. Oyunların startını səbirsizliklə gözləyirəm. Yüz faiz səy göstərməliyik. Bakı da çox gözəl şəhərdi, inkişaf edir. Müxtəlif mədəniyyətləri sevirəm. Bura mənim üçün gözəl yerdi. Çox xoşbəxtəm və inanıram ki, gələcəkdə də eyni hisslərlə davam edəcəyik”.
Buntiç Avstriyada təşkil olunan təlim-məşq toplanışı, həmçinin “Kayzerslautern” və Plzen “Viktoriya”sı ilə yoxlama oyunları barədə də fikirlərini bölüşüb: “Avstriyada çox yaxşı təlim-məşq toplanışı keçirik. Yeni mövsümə bütün komandamız birlikdə hazırlaşır. Bu, mənim üçün bir fürsətdir ki, yeni gəldiyim komandaya və oyun sisteminə tam bələd olum. Özümü burda yaxşı hiss edirəm. Hər gün komandaya daha da uyğunlaşıram. Toplanış çərçivəsində artıq iki oyun keçirmişik. İlk matçı isti hava şəraitində oynadıq. Bu, daha çox fiziki hazırlığın önə çıxdığı qarşılaşma idi. “Kayzerslautern”lə görüşdə iştirak etməsəm də, “Viktoriya” ilə qarşılaşmada şans qazandım. Oyun bizim üçün yaxşı keçdi, qollar vura bildik və qələbə qazandıq. Yavaş-yavaş, amma əmin addımlarla davam etsək, növbəti oyunlarda uğurlu nəticələrə ümid edə bilərik”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC