Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışında olan "Neftçi" bu gün ilk yoxlama oyununu keçirib.
Presssport.az xəbər verir ki, Roman Qriqorçukun baş məşqçisi olduğu komanda Super Liqa təmsilçisi "Alanyaspor"la üz-üzə gəlib.
Qarşılaşma Bakı təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
"Neftçi"nin qollarını Höccət Haqverdi, Emin Mahmudov və Yuri Matias vurub.
Bu, ukraynalı mütəxəssisin rəhbərliyi altında ilk matç olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC