İspaniya millisinin baş məşqçisi Luis de la Fuente AVRO-2024-ün finalında İngiltərə yığmasıyla oyun öncəsi fikirlərini bölüşüb.
Presssport.az xəbər verir ki, ispaniyalı mütəxəssis əla komanda olduqlarını açıqlayıb: "Bu Avropa çempionatındakı nəticələrdən asılı olmayaraq, İngiltərənin çox yaxşı olduğunu bilirdim. Onların əla heyəti var. Aydın idi ki, gec-tez yaxşı çıxış edəcəklər. Buna onların oyunçularının müstəsna keyfiyyətinə görə inanırdım. Düşünürəm ki, İngiltərə ilə oyun indiyədək turnirdə oynadığımız matçlardan çox fərqli olacaq”.
Xatırladaq ki, İspaniya - İngiltərə matçı bu gün Bakı vaxtı ilə 23:00-da keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC