“Neftçi” Rumıniya FKSB klubunun afrikalı legioneri Siyabonqa Nqezananı transfer etməyi planlaşdırır.
Presssport.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, “ağ-qaralar” 27 yaşlı cənubi afrikalı müdafiəçisinin transferiylə bağlı şərtləri müzakirə etmək üçün Rumıniya çempionuna müraciət edib.
Lakin FKSB-nin istədiyi məbləğ “Neftçi”nin transferdən imtina etməyə məcbur edib.
Belə ki, rumınlar mərkəz müdafiəsi üçün 7 milyon avro istəyib.
Nqezananın Rumıniya klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir. Futbolçunun “transfermarkt” portalındakı dəyəri 1,6 milyon avro olaraq qiymətləndirilir.
Onu da bildirək ki, Siyabonqa 2023-cü ildə "Kayzer Çifs" klubundan FCSB klubuna keçib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC