Konfrans Liqasının II təsnifa mərhələsində “Sumqayıt”ın qarşılaşacağı Macarıstanın “Fehervar” klubu ciddi maliyyə problemi ilə üzləşib.
Presssport.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, Macarıstanın ən böyük neft-qaz şirkəti MOL-un ilin əvvəlində klubla əməkdaşlığını dayandırmasından sonra "Sumqayıt"ın rəqibi təxminən 850 min avro itirib.
Bunu nəzərə alaraq, klubun maaşları xeyli azaldılıb. Nəticədə bir sıra aparıcı futbolçular komandanı tərk edərək, hazırda MOL-un sponsorluq etdiyi “Uypeşt”ə keçib.
Üstəlik, klubun sahibinin onu idarə etmək üçün şəhər rəhbərliyinə təhvil verəcəyi gözlənilir.
Xatırladaq ki, “Sumqayıt”la “Fehervar” arasında matçlar iyulun 25-i və 31-də baş tutacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC