“Amillə tam fərqli danışığımız olmuşdu. Sadəcə, məlum vergi məsələlərinə görə klubun büdcəsi bir az da aşağı düşdüyünə görə Yunanova danışdığımız məbləği ödəyə bilmirik. O üzdən başqa bir məbləğ təklif elədik. Futbolçu da həmin məbləğə oynamaq istəmədiyini dedi”.
Bu fikirləri Presssport.az-a açıqlamasında “Kəpəz”in baş məşqçisi Adil Şükürov deyib.
Onun sözlərinə görə, keçən mövsümün qış fasiləsində komandaya gətirdiyi təcrübəli hücumçu Amil Yunanovla yeni müqavilədə razılaşa bilmədiyiklərindən bu məsələyə birdəfəlik son nöqtə qoyublar: "İstəyərdim bizdə olsun, çox istəyərdim. Amma verə, bacara biləcəyimiz bir şeylər var. Bundan o yana çıxa bilmirik. Ona görə Yunanov məsələsi bizim üçün artıq bağlanıb. Axırda futbolçuyla özüm danışdım. Özü dedi ki, gücü çatacağımız məbləğ onu qane eləmir. Çox yaxşı futbolçudu. İnşallah, gələcəkdə daha yaxşı yerlərdə oynamasını arzulayıram".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC