Miodraq Bojoviç “Neftçi”nin baş məşqçisi qələbə hesabını açıb. Presssport.az -ın araşdırmasına görə, bu mövsümdə “ağ-qaralar”ın çalışdırıcıları olmuş gəlmələrin hər ikisi eyni rəqiblə eyni stadionda qələbəylə aktivlərinə ilk xalı yazdırıb. Üstəlik, top fərqi də eyni olub - 2.
Belə ki, Bojoviçin rumıniyalı sələfi Adrian Mutu da “Qəbələ”ni “Neftçi Arena”da məğlub etməklə ilk qələbəsini qazanmışdı - 2:0. Sadəcə, bunun üçün 45 yaşlı adıçəkilən mütəxəssis 4-cü oyun lazım gəlmişdi. 56 yaşlı Bojoviç isə “Neftçi”də 2-ci oyununda, ilk ev matçında qələbə hesabını 3:1-lə açdı. Bu yerdə bildirək ki, "Qraf" ləqəbli təcrübəli mütəxəssisin rəsmi debütü "Sabah"la səfər görüşündə qolsuz bərabərliklə nəticələnmişdi.
Məlumdu ki, Bojoviç “Neftçi”nin tarixində 7-ci əcnəbi baş məşqçidi. Əvvəlki çalışdırıclardan ən inamlı, yeganə böyükhesablı qələbəni “ağ-qaralar”ın ən uğursuz məşqçilərdən biri olan almaniyalı Hans-Yurgen Gedenin qazanması diqqət çəkir.
Onu da bildirək ki, “Bakı”dakı həmyerlisi Bojidar Bandoviçdən sonra ölkəmizdə çalışan 2-ci monteneqrolu baş məşqçi olan Bojoviç "Neftçi"ni bu çempionatda ilk dəfə turnir cədvəlində 2-ci pilləyə yüksəldib. Amma bir reallıq da var ki, bu yerin sahibi ilk pillədə gedən "Qarabağ"dan ən az, nə çox - düz 17 xal geri qalır.
“Neftçi”nin əcnəbi baş məşqçilərinin ilk qələbələri
Vlastimil Petrjela (Çexiya)
2007/08 mövsümü, V tur
16.09.2017
“Neftçi” - “Standard” (Sumqayıt") - 3:1
Anatoli Demyanenko (Ukrayna)
2007/08 mövsümü
17.02.2018
“Turan” (Tovuz) - “Neftçi” - 0:1
Hans-Yurgen Gede (Almaniya)
2008/09 mövsümü
05.10.2018
MOİK- “Neftçi” - 0:5
Roberto Bordin (İtaliya)
2018/19 mövsümü
11.08.2018
“Sumqayıt” - “Neftçi” - 0:2
Laurentsiu Regekampf (Rumıniya)
2022/23 mövsümü
07.08.2022
“Şamaxı” - “Neftçi” - 0:1
Adrian Mutu (Rumıniya)
2023/24 mövsümü
27.08.2023
“Neftçi” - “Qəbələ” - 2:0
Miodraq Bojoviç (Monteneqro)
2023/24 mövsümü
28.01.2023
“Neftçi” - “Qəbələ” - 3:1
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC