“Neftçi”nin macarıstanlı futbolçusu Mark Tamaşa daha bir təklif gəlib.
Presssport.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı futbolçuya bu ölkənin “Asteras Aktor” klubu maraq göstərir.
Yunanlar eyni zamanda digər stopper - Fil Dişi Sahilindən Simon Dehli adlı müdafiəçini də istəyir.
Bildirilir ki, hazırda hər 2 futbolçuyla danışıqlar aparılsa da, onlardan yalnız birinin transfer ediləcək.
Xatırlada ki, Marka Polşanın “Puşça” və İtaliyanın “Reggiana” klubları da maraq göstərirdi. O, 2025-ci il iyunun 30-na qədər "Neftçi"yə məxsusdu.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC