Millimizin futbolçusu Mahir Emreli karyerasını yenidən Azərbaycanda davam etdirəcək.
Presssport.az xəbər verir ki, Zaqreb "Dinamo"sunun 27 yaşlı hücumçusu "Qarabağ"a keçəcək. Bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.
Belə ki, Mahir Ağdam təmsilçisi ilə bütün şərtləri razılaşdırıb və transferin yaxın günlərdə rəsmiləşəcək.
O da bildirilib ki, Azərbaycanın daha bir klubu Emrelini transfer etmək istəyib. Belə ki, "Sabah" forvardın xidmətində maraqlı olub. Lakin futbolçu sabiq klubunda oynamağı üstün tutub.
Xatırladaq ki, Mahir 2015-2021-ci illərdə "Qarabağ"ın formasını geyinib. O, 2,5 ildi "Dinamo"da çıxış edir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC