Azərbaycan Premyer Liqasının 2024/25 mövsümünün püşkü atılacaq

Bu gün AFFA-nın inzibati binasında Azərbaycan Premyer Liqasının 2024/25 mövsümünün püşkatma mərasimi keçiriləcək.

Presssport.az xəbər verir ki, tədbir saat 15:00-da başlayacaq.

33-cü dəfə təşkil olunacaq milli çempionatımızın mükafatları uğrunda 10 komanda - “Qarabağ”, “Zirə”, “Sabah”, “Sumqayıt”, “Neftçi”, “Turan Tovuz”, “Səbail”, “Araz-Naxçıvan”, “Kəpəz” və 1 illik fasilədən sonra Premyer Liqaya dönən “Şamaxı” mübarizə aparacaq.

Yeni mövsümə avqustun 2-də start veriləcək.
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC