Bu gün "Qarabağ"ın ÇL-də rəqibi müəyyənləşir

Bu gün Çempionlar Liqasında (ÇL) I təsnifat mərhələsinin cavab oyunlarına start verilir.

Presssport.az xəbər verir ki, bu mərhələnin "Linkoln" (Cəbüllütariq) - "Hamrun" (Malta) cütünün qalibi II raundda Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olacaq.

Cəbüllütariq təmsilçisi keçən həftə səfər matçında 1:0 hesabı ilə qələbə qazanıb. Buna görə “Linkoln”un növbəti mərhələyə adlamaq şansı daha yüksək qiymətləndirilir.

Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Görüşü fransalı Erik Vattellyenin başçılıq etdiyi fransalı hakimlər briqadası idarə edəcək.

Xatırladaq ki, "Qarabağ" II təsnifat mərhələsində ilk matçı səfərdə (23 və ya 24 iyul), cavab görününü Bakıda (30 iyul) keçirəcək. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC