"Sabah" Azərbaycan kuboku 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində "Qarabağ"la qarşılaşacaq. Klubun mətbuat xidmətindən Presssport.az-a itkilər haqda məlumat verilib.
Be ki, yaydan bu yana zədəli olan ispaniyalı yarımmüdafiəçi Kristian Sebalyos hələ də fərdi məşq edir. İki həftə əvvəl sıradan çıxan ispaniyalı mərkəz müdafiəçisi Con İrasabal hələ ki sıraya qayıtmayıb.
Premyer Liqanın 20-ci turunun "Zirə" ilə matçını xəstələndiyindən buraxan bosniyalı sol cinah müdafiəçisi Boyan Letiç artıq sağalıb. O, komandayla hazırlığa qatılıb və oynamağa hazırdı.
"Zirə" ilə görüşdə iştirak etməyən Ayaz Quliyevin isə zədəsi ciddi deyil. Bu mərkəz yarımmüdafiəçisinin meydana çıxıb-çıxmayacağı həkimlərin və məşqçilər korpusunun rəyi əsasında oyun günü müəyyənləşəcək.
Xatırladaq ki, "Sabah" - "Qarabağ" qarşılaşması sabah saat 19:00-da "Bank Respublika Arena"da baş tutacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC