Azərbaycan millisinin üzvü Mahir Emreli Almaniyanın "Nürnberq" klubu ilə sabah müqavilə bağlayacaq.
Presssport.az xəbər verir ki, 27 yaşlı hücumçu bu gün "qırmızı-qaralar"ın düşərgəsində tibbi müayinədən keçib.
O, sabah II Bundesliqa təmsilçisi ilə "1+1" illik sözləşmə imzalayacaq.
Qeyd edək ki, M.Emrelinin son olaraq çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib (report.az).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC