"Bu, yoxdursa, “Kəpəz” “Turan Tovuz”un stadionundan istifadə edəcəksə, mövsümün sonuna qədər orda olmalıdı" - Elgiz Abbasov

Bu gün Azərbaycan Premyer Liqasında 2024/25 mövsümünün püşkü atılıb.

Presssport.az xəbər verir ki, Peşəkar Futbol Liqasının prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov tədbir zamanı jurnalistlərin suallarını cavablandırıb:

- Bir komanda mövsüm üçün iki stadion sifariş verə bilər?

- Klublar əsas və ehtiyat stadion sifariş verə bilərlər. Əsas stadion sifariş edən klub fors-major hal olana qədər orada oynamalıdı. Bu, yoxdursa, “Kəpəz” “Turan Tovuz”un stadionundan istifadə edəcəksə, mövsümün sonuna qədər orda olmalıdı. Fors-major hal olacaqsa, ehtiyat stadion da sifariş edibsə, orda oynaya bilər. Ehtiyat stadion sifariş verilməyibsə, başqa arenaya müraciət edə bilər.

- Yeni mövsümdə də Əvəzedicilər Liqası keçiriləcək?

- Bu mövsüm də ənənəvi qaydada davam edəcək. Avqustun 3-də Əvəzedicilər Liqası başlayacaq. Bu liqa həm klublarımız, həm də futbolumuz üçün faydalıdır. 

- Hakimlərlə bağlı məsələ necə tənzimlənəcək?

- Bu məsələ ilə bağlı PFL rəsmisi olaraq geniş danışmaq imkanım yoxdu. Bu məqamları AFFA İK-nin iclasından izləyirik. Yəqin ki, ətraflı məlumat veriləcək.

- Noyabrda COP-29 tədbiri keçiriləcək. Bununla bağlı hansı addımlar atılacaq?

- Bu məsələni keçən mövsümün sonlarından müzakirəyə qaldırmışıq. Həmin ərəfədə I Liqa, II Liqa və Əvəzedicilər Liqası, həmçinin kubok oyunları nəzərdə tutulmur. Premyer Liqa oyunları milli fasiləyə təsadüf edir. Ona görə də, hansısa dəyişikliyə ehtiyac qalmayacaq. Amma təqvimdə əksini tapacaq.

- Premyer Liqada AVRO-2024-dəki toplardan istifadə olunacağını demişdiz…

- Bəli, elədi. Həmin toplardan istifadə olunacaq. Ən yüksək standartlarla hazırlanmış toplardı. Detallarla bağlı araşdırma edib, daha sonra sizə məlumat verərik. 

- Ötən mövsüm Premyer Liqa və I Liqadakı legioner rüsumları fərqli idi. Dəyişikliklər olacaq?

- Premyer Liqada heç bir dəyişiklik yoxdu. Ötən mövsümkü kimi, tənzimlənmə olacaq. I Liqaya gəlincə, klubların bəzi nümayəndələri limitin artırılmasının tərəfdarıdı. Əsas niyyətimiz I Liqada klubların daha çox dayanıqlığını, infrastrukturunu yaxşılaşdırmaqdı, nəinki legioner limitini artırmaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC