Baxşıyev indi məqamda püşkü düşünmür: "Futbolçuların meydanda istəkli olmaları, mübarizədən qopmamaları bizi sevindirməyə bilməzdi”

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirən “Araz-Naxçıvan” ilk yoxlama matçında gücünü sınayıb. 

Presssport.az xəbər verir ki, komanda Türkiyə Super Liqa təmsilçilərindən “Alanyaspor”la üz-üzə gəlib. Palandökən məşq mərkəzində baş tutan görüşdə tərəflər hərəyə 1 qol vurub. “Qırmızı-ağlar”ın heyətində yeni transferi Felipe Santos fərqlənib. 

Oyunla bağlı baş məşqçi Elmar Baxşıyev klubun mətbuat xidmətinə açıqlamaısnda ümumi hazırlıq fonunda ilk oyunlarının olduğunu deyib: “Komanda əsasən ikinci hissədə daha yaxşı çıxış etdi. Çalışdılar verilən tapşırıqları yerinə yetirsinlər. Buna nə dərəcədə nail olduqlarını faizlə deməyim düzgün olmaz. Amma meydanda istəkli olmaları, mübarizədən qopmamaları bizi sevindirməyə bilməzdi”.

Baxşıyevin fikrincə, teni transferləri meydanda az müddətə də olsa, görə biliblər: "Onların bəzisi komandaya Türkiyədə qoşulduğuna görə, demək olar, komandadan ayrı məşq edirdil. Son 2 məşqdə kollektivə qoşuldular. Buna görə də meydana sonradan daxil oldular. Yoxlama oyunlarında nəticə o qədər də önəmli deyil. Məqsədimiz komandanın hərəkətliliyini artırmaq, xətlərarası əlaqəni yaxşılaşdırmaq və oyun təcrübəsi qazanmaqdı”.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının 2024-2025-ci il mövsümünün püşkü haqda isə bunları deyib: “İndiki məqamda püşkü düşünmürük. Bu dövrdə məqsəd komandanı daha yaxşı hazırlamaq, heyəti komplektləşdirmək və rəsmi matçlara hazır çıxmaqdı”.

Xatırladaq ki, naxçıvanlılar yeni mövsümə son çempion "Qarabağ"la ev matçıyla başlayacaq. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC