Təlim-məşq toplanışını Türkiyənin Ərzurum şəhərində davam etdirən “Araz-Naxçıvan” iyulun 21-də və 24-də növbəti yoxlama oyunlarını keçirəcək.
Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Elmar Baxşıyevin komandası əvvəlcə Küveytin “Al-Arabi” klubu ilə gücünü sınayacaq. Növbəti rəqib isə Özbəkistan “Soqdiana”sı olacaq.
Onu da bildirək ki, “qırmızı-ağlar” toplanışı iyulun 25-də yekunlaşdırıb Bakıya dönəcək və 2 gün istirahət etdikdən sonra “Qarabağ”la ev oyununun hazırlığına başlayacaq.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC