Azərbaycanda cüdo idman növü ilə məşğul olanların sayı artıb.
Presssport.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Milli Mətbuat Günü ilə bağlı təşkil olunan tədbirdə məlumat verib.
Qurum rəsmisi deyib ki, 2024-cü il iyuluna olan göstəriciyə əsasən ölkədə 19454 idmançı cüdo ilə məşğuldu. 2022-ci ilin noyabrında isə bu rəqəm 16027 olub.
ACF rəsmisi 2022-ci ildən Bakı və rayonlarda 86 idman zalına 6214 tatami payladqılarını, bundan əlavə, 1224 yeniyetmə və gənc idmançının pulsuz məşq etməsinə şərait yaratdıqlarını diqqətə çatdırıb.
Rəsullu 36 ay ərzində 106 təlim və seminar keçdiklərini də sözlərinə əlavə edib: "130 məşqçi Beynəlxalq Cüdo Federasiyasının Akademiyasının müvafiq sertifikatını əldə edib. 68 mütəxəssis təhsil almaqdadı. 250 məşqçinin isə müvafiq sertifikat alması hədəflənir".
ACF 2024-28-ci illər üçün hədəflərini də açıqlayıb. Belə ki, Rəsullu məqsədlərinin Azərbaycanı dünyanın qabaqcıl cüdo ölkələrindən birinə çevirmək olduğunu söyləyib.
Qurum rəsmisi kütləviliyin artması, istedadların inkişaf yolunun təkmilləşdirilməsi və elit idmanda nailiyyətlərin yaxşılaşdırılmasının üç əsas strateji istiqamət olduğunu diqqətə çatdırıb.
İcraçı vitse-prezident Azərbaycan və Gürcüstan arasında cüdo üzrə qarşılıqlı liqa təşkil olunacaqları haqda da məlumat verib. Rəsullu bununla bağlı hər iki federasiya arasında razılıq əldə olunduğunu açıqlayıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC