"Zirə"yə uduzmağımız mətuseducudu, amma şəxsən mən inanıram ki, Azərbaycanda qalib gələcəyik"

"Oyunu izlədim, "Zirə"yə uduzmağımız məyusedicidi. Bu barədə çox danışdıq, məğlubiyyətin səbəblərini axtardıq"

Presssport.az xəbər verir ki, bunu "Zirə"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Şerif"in yeni transferi Gideon Qudlad klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Moldova klubunun 19 yaşlı yarımmüdafiəçisi Bakıda qalib gələcəklərinə inandığını vurğulayıb: "Şəxsən mən inanıram ki, Azərbaycanda qalib gələcəyik. Orda yaxşı nəticə əldə edə bilərik".

Qeyd edək ki, "Zirə" və "Şerif" arasında cavab matçı iyulun 18-də, saat 20:00-da "Dalğa Arena"da baş tutacaq. Moldovadakı ilk görüşdə Rəşad Sadıqovun komandası 1:0 hesablı qələbə qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC