Növbəti mövsümünə hazırlıqlarını davam etdirən “Səbail” Türkiyə toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununu keçirib.
Presssport.az xəbər verir ki, Şahin Diniyevin komandası Türkiyə 1-ci Liqası təmsilçisi “Ərzurumspor”la qarşılaşıb.
Ərzurumdakı oyun 2:2 hesablı bərabərliklə yekunlaşıb.
“Dənizçilər”in heyətində Süleyman Alluş və yeni transferv Nihad Quliyev fərqlənib.
"Səbail" daha əvvəl də “Ərzurumspor”la qarşılaşıb və 2:3 hesabı ilə uduzub. Komanda 2-ci sınaq matçında "Hatayspor"la heç-heçə edib - 1:1.
Onu da bildirək ki, “Səbail” sabah axşam saatlarında Vətənə qayıdacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC