"Şerif" Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda "Zirə"ni məğlub edərək növbəti raunda yüksəlib.
Presssport.az xəbər verir ki, Moldova təmsilçisinin ukraynalı baş məşqçisi Yuri Qura oyundan sonra təşkil olunan mətbuat konfransına matçı dəyərləndirməklə başlayıb.
- Penaltilər lotoreyadı. Çətin oldu. Qələbə üçün çox güc sərf etdik. Günü-gündən daha güclənirik. Bu oyuna görə futbolçularıma təşəkkür edirəm.
- Qırmızı vərəqə oyunun taleyinə nə dərəcədə təsir göstərdi?
- Bəli, təsir etdi. Amma bir neçə epizodumuz var idi, vura bilmədik. Standart vəziyyətdən yenə qol buraxdıq. Önəmli olan odur ki, Bakıdan evə qələbə ilə dönürük.
- Bu dəfə Əyyub Allaşı sonradan oyuna buraxdınız və matçın qəhramanı oldu. Niyə onu ilk dəqiqələrdən meydana buraxmadınız? Gizli silahınız idi?
- Özünüz buna cavab verdiniz. Allaş hələ tam hazır olmadığından, ona bu dəfə sonradan meydaan buraxdıq. O, bugünkü oyunda "joker"imiz idi. Şans verdik və bunun bəhrəsini gördük.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC