Siyasət Əsgərov püşkdən gileyləndi: "Boş yerə bu mərhələdə olmadığımızı rəqibə göstərməliyik

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov AFFA-nın saytına açıqlamasında Avropa çempionatının pley-off mərhələsinin püşkünü dəyərləndirib.

Presssport.az xəbər verir ki, təcrübəli mütəxəssis I pley-offdakı rəqib Portuqaliya yığmasının güclü komanda olduğunu vurğulayıb:

“Potensial rəqiblərin hamısı yaxşı idi. Ancaq aralarında ən güclüsü bizə düşdü. Pley-offda zəif rəqib olmur. Portuqaliya yığması barədə geniş danışmağa ehtiyac yoxdu. Onların gücləri hər kəsə bəllidi”.

Əsgərov Portuqaliya yığmasına qarşı layiqli mübarizə aparacaqlarını deyib:

“Boş yerə bu mərhələdə olmadığımızı rəqibə göstərməliyik. Komanda olaraq üzərimizə düşəni artıqlaması ilə etməyə çalışacağıq. Oyunlar oktyabrda keçiriləcəyi üçün hələ vaxtımız var. Maksimum dərəcədə yaxşı hazırlaşacağıq. İnanıram ki, ölkəmizə, millimizə yaraşan oyun nümayiş etdirəcəyik. Son iki ildə bu yerlərə qədər gəlib çıxmağımız sevindirici haldır. Yaddaqalan oyunlar göstərmək istəyirik”.

Baş məşqçi II pley-off mərhələsindəki potensial rəqibləri də dəyərləndirib:

“Məncə, mümkün rəqiblərin duelində Çexiya qalib gələcək. Onlar Avropa çempionatının seçmə mərhələsinin A Liqasında çıxış ediblər. Həmin liqadan gələn komandalar yüksək keyfiyyətə malikdirlər”.

Xatırladaq ki, A millimiz Portuqaliya yığması ilə ilk oyununu oktyabrın 23-də evdə, cavab görüşünü oktyabrın 29-da səfərdə keçirəcək. Azərbaycan – Portuqaliya və Belarus - Çexiya cütlərinin qaliblərinin qarşılaşmaları isə noyabrın 27-də və dekabrın 3-də olacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC