"Zirə" üçün Torres göndərilir

"Zirə”nin Konfrans Liqasının II təsnifat mərhələsində Slovakiyanın “DAK-1904" klubu ilə keçirəcəyi ilk oyununun hakimləri açıqlanıb. 

Presssport.az xəbər verir ki, iyulun 25-də "Dalğa Arena"da keçiriləcək görüşü Lüksemburqdan olan hakimlər briqadası idarə edəcək.

Belə ki, matçın baş hakimi İvo Torres olacaq. Ona Rafael Morim və Dani Dias köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Jasim Sabotiç yerinə yetirəcək.

Xatırladaq ki, iyulun 25-də keçiriləcək “Zirə” - “DAK-1904" oyunu 19:30-da başlayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC