Şamaxı” heyətini formalaşdırmaq üçün transfer çalışmalarını davam etdirir.
Presssport.az xəbər verir ki, bölgə təmsilçisi növbəti futbolçu keçidini reallaşdıraraq Vasiliye Radenoviçi heyətinə qatıb. Mərkəz müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.
Radenoviçin son klubu Bosniya və Hersoqavinanın “GOSK Gabela” olub.
Xatırladaq ki, "Şamaxı" bunadək Adil Nağıyev, Rafael Məhərrəmli, İlkin Muradov, Rauf Rüstəmli, Rüfət Abbasov, Belajdi Pusi, Brahim Konate, Georgi Kantariya, Kamal Bayramov, Lubeni Haukonqo və Fəxri Məmmədlini sıralarına qatıb.
Lakin Haukonqo ilə yollar ayrılası olub. Belə ki, Namibiya millisinin üzvü olan futbolçu Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ölkədə yaşamaq icazəsi ala bilməyib. Ona görə də Haukonqo üçün tərəflər arasında imzalanan müqavilə qüvvəyə minməyib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC