"Qarabağ"ın baş məşqçisi Mahir Emreliylə bağlı son nöqtəni qoydu: "Düzü, Kadi məsələsinə görə heç də üzülmədim"

"Mahir Emreli məsələsi "Qarabağ" üçün qapanıb demək düzgün olmazdı".

Presssport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Presssport.az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə deyib. Onun sözlərinə görə, millimizin hücumçusu Mahir Emrelini qaytarmaları gündəmdə deyil: "Belə danışığımız da olmayıb. Mahirin "Qarabağ"a geri qayıtması ilə bağlı ümumən ətraflı müzakirəmiz olmayıb".

Məlumdu ki, Kadi Borges məsələsinə son qoyuldu və braziliyal yarımmüdafiəçi "Qarabağ"a yox, "Ferentsvaroş"a keçdi. Maraqlıdı, Qurbano "Krasnodar"ın mövqeyini necə qarşıladı?: “Normal. Baxmayaraq ki, xeyli danışıq getdi. Məncə, hər bir detala toxunmağa ehtiyac yoxdu. Sadəcə, belə hallar olur. Qarşıda bəlkə daha da fərqli hallar olacaq. Bəzən ortaya fərqli fikirlər çıxır. Dünya futbolunda da görürsən ki, hamı bir oyunçunun bir komandaya keçidini gözləyir, xəbərlər çıxır, amma sonda başqa kluba keçir. Bu da bizdə oldu. Düzü, heç də üzülmədim. Hər bir şeydə xeyir var. Əksinə, işimiz daha da rahat olacaq ki, bu barədə danışıqlar olmayacaq”

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC