II Liqada çıxış edən “Ağdaş”ın prezidenti Rəhman Əliyev faciəvi şəkildə dünyasını dəyişib.
Presssport.az xəbər verir ki, o, Ağdaşda çayda boğulub.
Belə ki, şəhər sakini 1988-ci il təvəllüdlü Ağazadə Fərid Ağa oğlu rayonun Dəhnəxəlil kəndi ərazisində çayda çimərkən boğulub. Onu sudan çıxarmaq məqsədilə çaya düşən dayısı oğlu, 1990-cı il təvəllüdlü Əliyev Rəhman Cəfər oğlu da çayda boğularaq ölüb.
Hər iki şəxsin meyiti səhər saatlarında sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
34 yaşlı Əliyev evliydi, 3 övladı var.
Allah rəhmət eləsin!
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC