AFFA-nın növbəti illər üçün inkişaf strategiyasının yazılması məqsədilə görüşlər keçirilib

AFFA-nın növbəti illər üçün inkişaf strategiyasının yazılması məqsədilə onlayn formatda bir neçə görüş təşkil edilib.

Presssport.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşlərdə AFFA, həmçinin strategiya əməkdaşı “Double Pass” və “McKinsey & Company” şirkətlərinin nümayəndələri iştirak edib.

 Görüş zamanı aşağıdakı məsələlər müzakirə olunub:

- Strategiyanın yazılması məqsədilə müxtəlif sahələrdə cari vəziyyətin müzakirəsi və təhlil üçün tələb olunan məlumatların toplanma prosesi
- Növbəti həftələrdə hər iki şirkətin nümayəndələri ilə Bakıda planlaşdırılan görüşlərin tarixləri, müzakirə ediləcək məsələlər və növbəti addımlar müəyyən olunub

Strategiyanın yazılması prosesində AFFA-nın üzvü olan qurumlardan, müxtəlif liqalarda yarışan peşəkar futbol klublarından, partnyor və sponsorlardan, media nümayəndələrindən, həmçinin futbol ictimaiyyətindən rəylərin alınması ilə bağlı qərar qəbul olunub. Toplanan məlumatlar növbəti mərhələlərdə AFFA və əməkdaşlıq etdiyi şirkətlər tərəfindən analiz ediləcək.

Rəylərin toplanması məqsədilə avqustun 9-da media nümayəndələri ilə görüş təşkil olunacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC