"10 il əvvəl Azərbaycanın indiki vəziyyətində idik" - Portuqaliya millisinin baş məşqçisi

Portuqaliya qadınlardan ibarət futbol üzrə milli komandasının baş məşqçisi Fransisko Neto AVRO-2025-in seçmə mərhələsinin I pley-off mərhələsinin püşkatma mərasimindən sonra Azərbaycan yığmasına qarşı keçiriləcək oyunlardan gözləntilərini bölüşüb.

Presssport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis yerli federasiyanın mətbuat xidmətinə açıqlamasında azərbaycanlı futbolçuların legioner həyatı yaşamasından söz açıb: "Azərbaycan millisi, əksər futbolçuları ölkə xaricində çıxış etdiyi komandadı. Futbolçuları Türkiyə və Rusiyada oynayır. Azərbaycan qadın futbolunda ilk addımlarını atır və ilk dəfə pley-off mərhələsində oynayacaq. Bizim isə uzun yolumuz var. Etiraf etməliyik ki, favoritik, amma rəqibimizə maksimum hörmətlə yanaşırıq. Çünki 10 il əvvəl Azərbaycanın indiki vəziyyətində idik. Lakin sonda Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmışdıq. Bu komandaya böyük hörmətlə yanaşırıq. Azərbaycan yığması adətən 4-3-3 və ya 4-5-1 sxemi ilə oynayır".

Xatırladaq ki, Azərbaycan və Portuqaliya yığmaları arasında oyunlar oktyabrın 23 və 29-da keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC