Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.
Presssport.az xəbər verir ki, Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsinin “Linkoln” – “Qarabağ” cütünün Avroliqadakı mümkün rəqibi də müəyyənləşib.
Belə ki, bu cütdə uduzan tərəf adıçəkilən turnirin III mərhələsində "Lüdoqorets" (Bolqarıstan) – "Dinamo" (Minsk, Belarus) cütünün məğlubu ilə qarşılaşacaq. “Linkoln” – “Qarabağ” cütünün məğlubu ilk görüşü səfərdə keçirəcək.
Maraqlıdır ki, “Linkoln” – “Qarabağ” cütünün qalibi də ÇL-in 3-cü mərhələsində "Lüdoqorets" (Bolqarıstan) – "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə üz-üzə gələcək.
Onu da bildirək ki, Avropa Liqasının III təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC