Slovakiyanın “DAC 1904” klubunun icraçı direktoru Yan van Daele “Zirə”yə qarşı Bakıda keçiriləcək Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu ilə bağlı fikirlərini bildirib.
Presssport.az xəbər verir ki, klub rəsmisi azarkeşlərə çağırış edib: “Həftənin çərşənbə günü Konfrans Liqasının açılış matçı üçün Bakıya yollanacağıq. Azarkeşlərimizi də bizimlə Bakıya yollanmaq üçün dəvət göndərmişik. Hələ ki, qeydiyyatdan 30 azarkeş keçib. Bu, uzun səyahət olacaq. Bakıdan Koşitseyə çatacağıq”.
Van Daele komandada yaxşı ab-hava olduğunu də vurğulayıb: "İnanırıq ki, bu, qarşıdakı matçlarda da öz əksini tapacaq. Keçən mövsümə çox yaxşı başlamadıq. Buna görə də oyunların ilk həftəsi vacibdi".
Xatırladaq ki, "Zirə" - "DAC 1904" matçı iyulun 25-də “Dalğa Arena”da saat 20:30-da keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC