Cəbəllütariqin “Linkoln” klubunun futbolçusu Xose Martinez Manuel Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la bu gün keçiriləcək ilk oyunla bağlı fikirlərini bölüşüb.
Presssport.az xəbər verir ki, klubun rəsmi saytına danışan 33 yaşlı müdafiəçisi rəqibi yüksək səviyyəli komanda olduğunu gizlətməyib: "Bu da işimizi çətinləşdirəcək. Onlar topa sahib olmaqla meydanda üstünlük təşkil etməyə çalışacaq. Bunun qarşısını almaq üçün əlimizdən gələni etməliyik. “Qarabağ”ı analiz etmişik və güclü tərəflərimizdən maksimum istifadə edərək 100 faizi meydanda qoymağa hazırıq".
Xatırladaq ki, Cəbəllütariqdəki “Europa Point” stadionunda keçiriləcək "Linkoln" - "Qarabağ" matçı saat 20:00-da başlayacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC