İyulun 24-də Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kişilər arasında ACF turunun üçüncü turniri keçiriləcək.
Presssport.az xəbər verir ki, Şağan Olimpiya İdman Kompleskdində baş tutacaq yarışda 100-dən çox cüdoçu arasında 7 çəki dərəcəsində qaliblər bəlli olacaq.
Bu il 3 belə turnirin keçirilməsi planlaşdırılıb və bu yarışlar nəticəsində formalaşacaq reytinq siyahısında ilk yeri tutan idmançılar beynəlxalq turnirlərdə iştirak hüququ qazanacaq.
Onu da bildirək ki, yarışın məqsədi kişi cüdoçular arasında rəqabət səviyyəsinin, onların ustalığının yüksəldilməsi və yarış təcrübələrinin artırılmasıdı. Eyni zamanda, istedadlı idmançıların aşkarlanması və milli yığma komandaya cəlb olunmasıdı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC