"Kəpəz" üçün tərəfdaşlıq müqaviləsi

“Kəpəz” "Aqua Life Qax" suları ilə təmin olunacaq. 

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bununla bağlı "Kəpəz" PFK ilə "Maximus" MMC arasında tərəfdaşlıq müqaviləsi bağlanıb. 

Tərəflər arasındakı müqaviləni "Kəpəz" PFK İB-nin İdarə Heyətinin sədri İlqar Nadiri ilə "Maximus" MMC-nin direktoru Elnur Kosayev imzalayıb. Müqaviləyə əsasən şirkət mövsüm ərzində gəncəlilərin su təminatını həyata keçirəcək. Əsas komandanın oyun formalarında isə şirkətin loqosu əks olunacaq.

Qeyd edək ki, “Maximus” Məhdud Məsuliyyətli Cəmiyyəti 2004-cü ildə təsis olunub. Cəmiyyət yarandığı gündən Avropa və MDB ölkələri ilə ticarət əlaqələri qurub və bu günə qədər də bunu uğurla davam etdirir. Eyni zamanda, şirkət yarandığı vaxtdan təbii mineral süfrə suyunun istehsalı və satışı üzrə biznes layihəsini həyata keçirir. Təbii mineral süfrə sularının zəngin mənbəyi olan Böyük Qafqaz Sıra dağlarının ətəyində yerləşən, ecazkar təbiətə malik Qax rayonunun ərazisində “Maximus” MMC təbii mineral süfrə sularının qablaşdırılması fabrikini qurub. Qablaşdırılan təbii mineral süfrə suyunun qaynağı yerləşən ərazi şirkətə məxsus olmaqla hər cür ekoloji çirklənmələrdən qorunur. Hal-hazırda “Aqua Life” markaları ilə istehsal edilən mineral süfrə suları Azərbaycanda və yaxın MDB dövlətlərində böyük şöhrət qazanıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun Labarator yoxlamaları əsasında “Aqua Life” mineral süfrə suları hidrokarbonatlı, kalsiumlu-natriumlu təbii mineral süfrə suyu kimi öz təsdiqini tapıb. Həmçinin “Aqua Life” mineral süfrə suyundan maddələr mübadiləsinin pozulması, xroniki qastrid, şəkərli diabet, öd kisə daşlaşması kimi hallarda daimi istifadə etmək tövsiyə olunur.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC