Qurban Qurbanov yaxşı başlangıc olduğunu açıqladı: "Oynamaq üçün şərait o qədər də yaxşı deyildi"

"Futbolçularımı təbrik edirəm. Oynamaq üçün şərait o qədər də yaxşı deyildi. Matç süni örtükdə keçirilirdi. Uzun səfərə çıxdığımız üçün futbolçularda bir az yorğunluq hiss oluna bilərdi".

Presssport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsinin "Linkoln"la səfər oyunundan sonra mətbuat konfransında deyib.

O, 2:0 hesablı qələbəni şərh edrək, komandasında yaxşı oyun intizamı gördüyünü vurğulayıb: "Belə meydançalarda diqqət yetirdiyimiz əsas məqamlardan biri səhv etməməkdi. Topu istədiyimiz kimi ram edə bilmirdik. Futbolçularımız sonadək yaxşı konsentrasiya ilə oynadı. Yaxşı başlanğıc oldu. Bakıdakı matça ciddi hazırlaşacağıq. Rəqibin itirəcəyi bir şeyi qalmadı. Ona görə riskə gedə bilərlər. Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq”.

Xatırladaq ki, komandalar arasında cavab matçı iyulun 30-da Bakıda keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC