Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ” – “Linkoln” (Cəbəllütariq) matçının hakimləri dəyişdirilib.
Presssport.az xəbər verir ki, görüşü Ukraynadan yox, Danimarkadan olan hakimlər briqadası idarə edəcək.
Belə ki, baş hakim Yakob Sandberq olacaq. Ona yan xətdə Deniz Yurdakul və Viktor Skitte kömək edəcək. Dördüncü hakim funksiyasını Yakob Karlsen yerinə yetirəcək. Yonas Hansen VAR hakimi, Yens Maae onun köməkçisi olacaq.
Xatırladaq ki, sözügedən matç iyulun 30-da Tofiq Bərhamov adına Respublika stadionunda saat 20:00-da keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC