"Bakıda uduzsaq belə, meydanı başıuca tərk edəcəyik" - "Linkoln"un milli üzvü

“Bakıda uduzsaq belə, meydanı başıuca tərk edəcəyik. Düşünürəm ki, məğlubiyyətə baxmayaraq, pis çıxış etmədik. Qapımızda gördüyümüz qollar istisna olmaqla, müdafiədə yaxşı oynadıq. Hücumlarımız kəsərsiz alındı”.

Presssport.a xəbər verir ki, bunu "Linkoln"un (Cəbəllütariq) futbolçusu Qrem Torilya Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ"la ilk oyunundan sonra deyib.

Klubun rəsmi saytına danışan Cəbəllütariq millisinin üzvü komandasının 0:2 hesablı məğlubiyyətinə baxmayaraq, yaxşı çıxış etdiyini hesab edərək, azarkeşlərdən də söz salıb: “Onlar matçda möhtəşəm idi. Səslərini eşitmək bizə qüvvət verir. Bizi Bakıda çətin cavab oyunu gözləyir. Rəqib bizdən 2 top irəlidədi. Bununla belə, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq” 

Xatırladaq ki, "Qarabağ" və "Linkoln" arasında cavab oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da gerçəkləşəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC